"Qarabağ"ın futbolçusu karyerasını "Zirə"də davam etdirəcək - RƏSMİ

"Qarabağ"ın futbolçusu karyerasını "Zirə"də davam etdirəcək - RƏSMİ

"Zirə" heyətini yeni futbolçu ilə gücləndirib.

MediaSport.az xəbər verir ki, "qartallar" İsmayıl İbrahimli ilə müqavilə imzalayıb.

"Qarabağ"a məxsus olan oyunçu növbəti mövsümün sonunadək komandada çıxış edəcək.

Qeyd edək ki, 25 yaşlı yarımmüadafiəçi karyerası ərzində “Şüvəlan” və MOİK-in də uğurları üçün çalışıb.