"Qarabağ"lılar Avropa çempionatına yollanacaq yığmalarla qarşılaşacaq

"Qarabağ"lılar Avropa çempionatına yollanacaq yığmalarla qarşılaşacaq

“Qarabağ”ın futbolçuları Marko Veşoviç və Marko Yankoviç növbəti dəfə Monteneqro millisinə dəvət alıblar.

Mediasport.az xəbər verir ki, Ağdam klubunun legionerləri Azərbaycan millisinin sabiq baş məşqçisi Robert Prosineçkinin çalışdırdığı yığmanın heyətində qarşıdakı 2 yoxlama matçına çağırılıblar.

Mayın 31-də bir araya gələcək Monteneqro yığması iyunun 5-də Belçika, 9-da isə Gürcüstan kollektivləri ilə görüşəcək.

"Qarabağ"ın digər legioneri Patrik Andrade isə millisinin Kamerun (8 iyun) və Liviya (11 iyun) ilə yoldaşlıq oyunları üçün siyahıya salınıb.