"BRICS Sports Games Kazan 2024"də 97 idmançımız yarışacaq

"BRICS Sports Games Kazan 2024"də 97 idmançımız yarışacaq

Tatarıstanın paytaxtı Kazanda "BRICS Sports Games Kazan 2024" beynəlxalq multi-idman tədbiri keçiriləcək.

Mediasport.az xəbər verir ki, Azərbaycan yarışların 11 idman növündə təmsil olunacaq.

Avarçəkmə, kanoe, cüdo, stolüstü tennis, qılıncoynatma, yunan-Roma güləşi, sərbəst güləş, qadın güləşi, koreş, sambo və karate üzrə ümumilikdə 97 idmançımız medallar uğrunda mübarizə aparacaq.

Yarışın açılış mərasimi iyunun 13-də, bağlanış mərasimi 23-də keçiriləcək.

Turnir 12-23 iyun aralığında təşkil olunacaq.