Prezident İlham Əliyev Türkiyə millisinin üzvləri ilə görüşdü - VİDEO

Prezident İlham Əliyev Türkiyə millisinin üzvləri ilə görüşdü - VİDEO

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva İrəvanda keçirilmiş ağır atletika üzrə Avropa çempionatında qələbələrini Azərbaycana həsr etmiş Türkiyə idmançıları ilə görüşüblər.

mediasport.az xəbər verir ki, bu barədə Prezidentin Mətbuat xidməti məlumat yayıb.

Ermənistanın paytaxtı İrəvanda keçirilən ağır atletika üzrə Avropa çempionatının açılış mərasimində ölkəmizin bayrağı yandırıldıqdan sonra çempion adını qazanmış Cansu Bektaş və gümüş medala sahib çıxmış Qəmzə Altun uğurlarını Azərbaycana həsr ediblər.