Azərbaycanlı hakimlər Avropa çempionatına təyinat alıblar
FİFA referisi Fəridə Lütfəliyeva və FİFA referi köməkçisi Sevda Nuriyeva UEFA-dan təyinat alıblar.
Mediasport.az xəbər verir ki, onlar 17 yaşadək qadın futbolçulardan ibarət komandalar arasında keçiriləcək Avropa çempionatının 2-ci mərhələsinin oyunlarını idarə edəcəklər.
Xatırladaq ki, İrlandiya, Albaniya və İsrail komandalarının yer aldığı B qrupunun oyunları fevralın 20-dən 26-dək Albaniyada keçiriləcək.