Badmintonçumuz Keişa Fatimə Zəhra İslandiyada gümüş medal qazandı

Badmintonçumuz Keişa Fatimə Zəhra İslandiyada gümüş medal qazandı

Azərbaycanın qadın badmintonçusu Keişa Fatimə Zəhra İslandiyanın paytaxtı Reykyavikdəki “RSL Iceland International 2023” turnirində gümüş medal qazanıb.

mediasport.az xəbər verir ki, mübarizəyə 1/16 final mərhələsindən başlayan Keişa yalnız həlledici dueldə məğlub olub.

O, finalda danimarkalı badmintonçu ilə 3 set yarışıb və yekunda uduzaraq ikinciliklə kifayətlənib.

Digər qadın badmintonçumuz Era Maftuha şəxsi yarışda İngiltərə və Moldovanı təmsil edən rəqiblərini məğlub edərək 1/4 finala yüksəlsə də, bürünc medalın bir addımlığında uelsli rəqibinə uduzub. Keişa Fatimə Zəhra-Era Maftuha tandemi qadın badmintonçuların qoşa yarışında Danirmarka və İslandiyanı təmsil edən badmintonçulara qalib gəlsələr də, 1/4 finalda italyan rəqiblərinə məğlub olublar.