"Çempionata yaxşı start verə bilmədik" - "Zirə"nin niderlandlı legioneri

"Çempionata yaxşı start verə bilmədik" - "Zirə"nin niderlandlı legioneri

"Zirə”nin vingeri Məhəmməd Hamdaui mediasport.az saytına müsahibə verib.


10 tur ərzində komandanın çıxışını necə dəyərləndirə bilərsən?

- Düşünürəm ki, çempionata elə də yaxşı start verə bilmədik. Ancaq son oyunlarda intensivlik müşahidə olunurdu və bu, nəticələrdə özünü büruzə verdi. “Sabah”la matçda bir az şanssızlıq oldu. Gələcəkdə bu problemləri aradan qaldırmağa çalışacağıq.

Komandada sanki qeyri-stabillik var. Nə çatmır?

- Bu fikirlə razı deyiləm. Çempionatın əvvəlində bu, müşahidə oluna bilərdi. Yaxşı start verməmişdik. Amma sonradan oyunumuz stabilləşdi, yaxşı nəticələrimiz oldu. Son həftələr bunu göstərdi. Komanda yaxşı nəticələr qazanmağa layiqdir. Sadəcə, “Sabah”la matçda istəyimizə nail olmadıq. Daha yaxşı ola biləcəyik.

“Sabah”la oyunda əvəzlənməyin zədə ilə bağlı idi?

- Düşünmürəm ki, zədə ciddi olsun. Çox intensiv oyun oldu. Meydanın mərkəzində ikili mübarizələr çox idi, yarımmüdafiəçilərə ağırlıq düşürdü. Sadəcə, baş məşqçimiz yeni oyunçuları meydana daxil etmək istədi.

“Zirə” bu heyətlə hansı yeri tuta bilər?

- Məqsədimiz dəyişməyib. Çempionatı mümkün qədər yüksək pillələrdə, ilk “3-lük”də bitirməyi hədəfləmişik. Son 6-7 həftədə oyunlarımızda intensivlik və yaxşı nəticələr oldu. “Sabah”la matçda məğlubiyyət şanssızlıqla bağlı idi. Belə davam etsək, gələcəyə ümid var.

Elvin