"Cənab prezidentimiz İlham Əliyev də qeyd etdi ki..." - Cəfərquliyev

"Cənab prezidentimiz İlham Əliyev də qeyd etdi ki..." - Cəfərquliyev

"Xankəndini görmək çox maraqlı, sevincli oldu. Oyun ikinci planda idi. Şükürlər olsun ki, meydandan da qalib kimi ayrıldıq".

Mediasport.az xəbər verir ki, bu sözləri Azərbaycan Kubokunun "Qarabağ" - MOİK (1:0) qarşılaşmasından sonra "köhlən atlar"ın oyunçusu Elvin Cəfərquliyev jurnalistlərə açıqlamasında deyib.

Ağdam təmsilçisinin cinah futbolçusu Xankəndi şəhər stadionunda keçirilən tarixi qarşılaşmadan sonra sualları cavablandırıb:

Bu gün futbolun ikinci plana keçməsi nəticəyə də təsir etdi?

- Əlbəttə, futbol ikinci planda idi. Cənab prezidentimiz İlham Əliyev də qeyd etdi ki, bu gün bir qalib var, o da Azərbaycan xalqıdır.

Performansının aşağı düşməsilə bağlı fikirlər var, öz oyununu necə dəyərləndirirsən?

- Açığı, eşitməmişəm. Fanatların fikirlərinə hörmətlə yanaşıram. Hər gün öz üzərimdə daha çox çalışır, inamlı olmaq istəyirəm. Hər gün çalışıram.

Meydançanın süni örtüklü olması oyununuza təsir etdi?

- Bəli, çətinliklərimiz oldu. Ot örtüyü çox pis idi, buna görə oyunumuz alınmadı.