Çexlərin qalib gəldiyi "Qran-pri"də yığmamız 5-ci yeri tutub

Çexlərin qalib gəldiyi "Qran-pri"də yığmamız 5-ci yeri tutub

Sloveniyanın Ruşe şəhərində keçirilən atıcılıq üzrə "Qran-pri" başa çatıb.

Mediasport.az xəbər verir ki, Azərbaycan milli komandası yarışda 5-ci olub.

Onlar qarışıq komanda növündə 10 metr məsafəyə pnevmatik tapançadan atəş üzrə bu nəticəyə imza atıb.

Ruslan Lunyov - Nigar Nəsirovadan ibarət komanda 571 xal toplayıb.

"Qran-pri"nin qalibi 580 xalla Çexiya millisi olub.

Fərdi yarışda Ruslan Lunyov kişilər, Nigar Nəsirova qadınlar arasında 10 metr məsafəyə pnevmatik tapançadan atəş üzrə 15-ci olublar.