Əliyar Ağayev və briqadası yenidən "Olimpiakos" - AEK oyununa dəvət aldı

Əliyar Ağayev və briqadası yenidən "Olimpiakos" - AEK oyununa dəvət aldı

Azərbaycanın futbol üzrə FİFA referisi Əliyar Ağayev Yunanıstan Kubokunun yarımfinal mərhələsinin təxirə salınmış cavab oyununa yenidən dəvət alıb.

mediasport.az xəbər verir ki, 36 yaşlı ədalət təmsilçisinin rəhbərlik etdiyi hakimlər briqadası “Olimpiakos” və AEK komandaları arasındakı matçı idarə edəcəklər.

Ağayevə yan əxtt hakimləri qismində Zeynal Zeynalovla Akif Əmirəli kömək edəcək, Elçin Məsiyev isə VAR-da iş başında olacaq.

Martın 1-də keçirilməli olan görüş Larisa şəhəri yaxınlığında baş vermiş qatar qəzası səbəbindən təxirə salınmışdı.