Elmar Baxşıyev "Araz-Naxçıvan"ın "sükanı arxasına" keçib - RƏSMİ

Elmar Baxşıyev "Araz-Naxçıvan"ın "sükanı arxasına" keçib - RƏSMİ

Cari mövsüm Premyer Liqanın debütantı "Araz-Naxçıvan"ın yeni baş məşqçisinin adı açıqlanıb.

Mediasport.az xəbər verir ki, Naxçıvan təmsilçisinin yeni çalışdırıcısı Elmar Baxşıyev olub. O, istefa verən Azər Bağırovu əvəz edib.

Məşqçilər korpusunda da dəyişiklik edilib. Xaqani Məmmədov və Rasim Ramaldanov köməkçi-məşqçi təyin olunublar. 

Xatırladaq ki, Baxşıyevin son iş yeri "Qəbələ" olub. Şimal klubu fevralın 24-də onunla yollarını ayırıb.

O, 2018-ci ildən isə əsas komandanın baş məşqçisi idi. "Qırmızı-qaralar" onun rəhbərliyi altında 52 qələbə qazanıb, 41 heç-heçə edib və 62 dəfə uduzub.