Gələn il Azərbaycandan təşkil olunacaq III MDB Oyunlarına hazırlıq işləri ilə bağlı iclas keçirilib
Azərbaycan keçiriləcək III MDB Oyunlarına hazırlıq işləri ilə bağlı iclas baş tutub.
Mediasport.az xəbər verir ki, nazir Fərid Qayıbovun sədrliyi ilə baş tutan toplantıda işçi qrupun üzvləri və oyunların proqramına daxil edilmiş növlər üzrə idman federasiyalarının məsul şəxsləri iştirak ediblər.
İclasda idmançıların və nümayəndə heyətlərinin akkreditasiyası, yerləşməsi, yarış məkanlarının hazırlıq səviyyəsi, marketinq, media və oyunlara hazırlıq məsələləri müzakirə edilib.
Xatırladaq ki, III MDB Oyunları 2025-ci ildə Azərbaycanın 14 şəhərində - Gəncə, Xankəndi, Mingəçevir, Qəbələ, İsmayıllı, Şəki, Şəmkir, Tovuz, Qazax, Göygöl, Yevlax, Oğuz, Tərtər və Goranboyda 22 idman növü üzrə 33 proqramda təşkil olunacaq.