Sərxan Əliyev 1/8 finala çıxdı, Malik Həsənov uduzdu - Avropa Oyunları
Azərbaycan boksçusu Sərxan Əliyev Polşada keçirilən III Avropa Oyunlarına qələbə ilə başlayıb.
MediaSport.az xəbər verir ki, 71 kq çəkidəki təmsilçimiz 1/16 finalda Mixal Takaşı (Slovakiya) məğlub edərək 1/8 finala çıxıb.
63,5 kq çəkidə yarışan Malik Həsənov isə irlandiyalı Din Klinsi ilə dueldə məğlub olub - 2:3.
Bir qədər sonra bu günə olan sonuncu boksçumuz +92 kq-da döyüşən Məhəmməd Abdullayev 1/16 finalda türkiyəli Uğur Aydemirlə üz-üzə gələcək.