Lider "Zirə" itkisiz irəliləyir: Mövsümdə ardıcıl 12-ci qələbə

Lider "Zirə" itkisiz irəliləyir: Mövsümdə ardıcıl 12-ci qələbə

Minifutbol üzrə Azərbaycan çempionatında 12-ci tura start verilib.

Mediasport.az xəbər verir ki, ilk oyun günündə 4 matç keçirilib.

Çempionatın vahid lideri “Zirə” mövsümdə ardıcıl 12-ci görüşdə qələbə qazanıb.

Tura bu gün keçiriləcək “Abşeron” - “İnter”, “Aznur” - “Odlar Yurdu”, “Turan” - “Real Bakı” və “Birbaşa Bakı” - “Sumqayıt” qarşılaşmaları ilə yekun vurulacaq.


Minifutbol üzrə Azərbaycan çempionatı. 12-ci tur


“Dirçəliş” – “Zirə” 4:9

“Veteran” – “Dinamo Gəncə” 5:3

“Galaxy Baku” – “Atəşgah Suraxanı” 11:5

“Baku Fire” – “Siyəzən” 8:4