“Neftçi” Rusiyanın əksər klublarından yüksək səviyyədədir"
Rusiyanın "Ximki" klubunun sabiq futbolçusu İlya Kuxarçuk keçmiş komanda yoldaşı Reziuan Mirzovun "Neftçi"yə keçidinə münasibət bildirib.
Mediasport.az xəbər verir ki, bu barədə yerli “Матч ТВ”yə danışan 33 yaşlı futbolçu "ağ-qaralar"ın Rusiyanın əksər komandasından yaxşı səviyyədə olduğunu deyib.
O, Mirzovla münasibətlərinin də yaxşı olduğunu bildirib: "Reziuanla münasibətim yaxşıdır, "Neftçi"yə keçməmişdən iki gün əvvəl yazışmışıq. Düzdür, mənə heç nə deməmişdi. Lakin təkliflərin çox olduğunu, hələ harasa getməyə hazır olmadığını bildirmişdi. Az sonra isə onun “Neftçi” ilə müqavilə bağladığını eşitdim. Mirzova uğurlar arzulayıram. “Neftçi” çox güclü komandadır. Mirzov özü də güclü futbolçudur. Ona Rusiya çempionatında niyə yer tapılmadığını söyləmək çətindir. Yəqin ki, buna “Ximki”nin aşağı liqaya düşməsi təsir etdi. Düşünürəm ki, “Neftçi” Rusiya Premyer Liqasının bir çox komandasından yüksək səviyyədədir".
Kuxarçuk hazırda Nijni Novqorodun "Pari" klubunda çıxış edir.