Ölkə kubokunun keçiriləcəyi tarix və iştirakçı komandalar açıqlandı
Voleybol üzrə "Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində təşkil olunan ölkə kubokunun keçiriləcəyi tarixlər bəlli olub.
Mediasport.az xəbər verir ki, qadın və kişi voleybolçular arasında ölkə kuboku 25 oktyabr-4 noyabr tarixlərində baş tutacaq.
Yarışda 6 qadın ("Abşeron", "Azərreyl", "Murov Az Terminal", UNEC, "Milli Aviasiya Akademiyası", "Gəncə") və 6 kişi ("Neftçi", "Azərreyl", "Murov Az Terminal", MOİK, "Gənclər", "Xilasedici") komandası iştirak edəcək.
Komandalar hərəsində 3 klub olmaqla iki qrupda və bir dövrədə mübarizə aparacaqlar. Oyunlar dairəvi sistemlə keçiriləcək.
Qruplarda ilk 2 yeri tutacaq kollektivlər pley-offa vəsiqə qazanacaqlar. Daha sonra yarımfinal və final uğrunda qarşılaşmalar baş tutacaq.
Qrup mərhələsinin oyunları paytaxtla yanaşı, Sumqayıt və Gəncə şəhərləri, Xaçmaz rayonunda da təşkil olunacaq.
Yarımfinal və final qarşılaşmaları isə Bakıda Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində təşkil ediləcək.
"Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində təşkil olunan ölkə kuboku
Qadınlar:
A qrupu: "Gəncə", UNEC, "Azərreyl"
B qrupu: "Abşeron", "Milli Aviasiya Akademiyası", "Murov Az Terminal"
Kişilər:
A qrupu: "Gənclər", "Azərreyl", "Neftçi"
B qrupu: "Xilasedici", MOİK, "Murov Az Terminal"