"Qələbəyə baxmayaraq, mərhələni “Qarabağ” da keçə bilərdi"
“Nant”ın baş məşqçisi Antuan Kombuare Avropa Liqasının qrup mərhələsinin 6-cı turu çərçivəsində Yunanıstanda “Olimpiakos”a 2:0 hesabı ilə qalib gəldikləri matçdan sonra "Qarabağ" haqda danışıb.
mediasport.az xəbər verir ki, 59 yaşlı mütəxəssis maraqlı açıqlaması ilə diqqəti çəkib.
- Qələbəyə baxmayaraq, mərhələni “Qarabağ” da keçə bilərdi. Buna görə heç vaxt məyus olmazdıq. Bakıdakı görüşü düşünmürdük. Peşman olmamaq üçün qalib gəlmək istəyirdik. Əsas odur ki, qrupdan başımız dik çıxdıq.