Rövnəq Abdullayev millinin sabiq baş məşqçisini təbrik edib

Rövnəq Abdullayev millinin sabiq baş məşqçisini təbrik edib

AFFA-nın prezidenti Rövnəq Abdullayev veteran futbolçu, qurumun vitse-prezidenti Vaqif Sadıqovla görüşüb.

Mediasport.az xəbər verir ki, R.Abdullayev Məşqçilər Komitəsinin sədrini 65 illik yubileyi münasibəti ilə təbrik edib, ona cansağlığı, fəaliyyətində uğurlar arzulayıb.

Qeyd edək ki, Sadıqov 1993-cü ildən 2014-cü ilədək məşqçilik edib.

Azərbaycan milli komandası və U-21-in baş məşqçisi olub.