"Xarı bülbül" Azərbaycan çempionatına qələbə ilə başladı

"Xarı bülbül" Azərbaycan çempionatına qələbə ilə başladı

Kişi voleybolçular arasında Yüksək Liqada 2022/2023-cü illər mövsümünə start verilib.

mediasport.az xəbər verir ki, çempionatın debütantı “Xarı bülbül” ilk turda MOİK-lə qarşılaşıb.

Voleybol Mərkəzindəki görüş Şuşa təmsilçisinin 3:0 (25:20, 28:26, 25:16) hesablı qələbəsi ilə yekunlaşıb.