Yarımfinalçılar müəyyənləşdi

Yarımfinalçılar müəyyənləşdi

Kişi boksçular arasında Azərbaycan çempionatı davam edir. 38 komandanın iştirakı ilə Boks Mərkəzində təşkil olunun yarışda bu gün 1/4 final mərhələsinə start verilib.

mediasport.az xəbər verir ki, baş tutan 20 döyüşün nəticəsinə əsasən, 5 çəki dərəcəsi üzrə yarımfinalçılar bəlli olub.

Qələbə qazanan boksçular bununla da özləri üçün ən azı bürünc medalı təmin ediblər. Yığma üzvlərindən Ümid Rüstəmov, Maqsud Xasmetov, Nəbi İsgəndərov, Sərxan Əliyev, Mirşərif Kazımzadə və Eldar Quliyev 1/4 final mərhələsini uğurla adlayıblar.

Bu mərhələnin döyüşləri bu gün saat 14:00-da başlanacaq.


Azərbaycan çempionatı. IV günün nəticələri

1/4 final mərhələsi

57 kq

Ümid Rüstəmov (DİN İK) – Nadir Əhmədov (“Qızıl əlcək” İK) – 5:0

Hüseyn Əliyev (“Səbail” İK) – Rasim İbrahimov – ikinci diskvalifikasiya olunub

Maqsud Xasmetov (“Neftçi” İK) – Vüsal Kazımov (“Sərhədçi”) – 5:0

Rüfət Qənizadə (Sabirabad) – Əzrək Bəbirov (BFL) – birinci döyüşə gəlməyib

67 kq

Nəbi İsgəndərov (“Neftçi” İK) – Kənan Qasımlı (“Sərhədçi”) – 5:0

Fariz Süleymanov (DGK İK) – İbrahim Hüseynov (Abşeron) – 5:0

İlqar Salahov (DGK İK) – Pərvin Heydərov (“Qızıl əlcək” İK) – 3:2

Şəmsi Şahbazov (MOİK) – Pərviz Quliyev (Ağcabədi) – ikinci döyüşə gəlməyib

71 kq

Nofər Əlizadə (Naxçıvan MR) – Sərxan Əliyev (MOİK) – 0:5

Səməd Həsənzadə (Sabirabad) – Nicat Qurbanov (Gəncə) – 0:5

Rəşid Həsənov (BFL) – Hüseyn Mustafazadə (“Naxçıvan” İK) – 5:0

Tural Qaraşov (“Neftçi” İK) – Niyaməddin Allahverdiyev (“Zabit” İK) – 0:5

75 kq

Mirşərif Kazımzadə (“Neftçi” İK) – Ənvər Babayev (UGİM-1) – ikinci döyüşə gəlməyib

İsmayıl Hüseynov (BFL) – Böyükağa Qasımov (“Qara papaq” İK) – ikinci döyüşə gəlməyib

Türkeş Mustafayev (BFL) – Səbuhi Abışov (MOİK) – 0:5

Rahim Əliyev (“Qızıl əlcək” İK) – Amin Kuşkov (DGK İK) – birinci döyüşə gəlməyib

86 kq

Surət Qarayev (“Neftçi” İK) – Çələbi Çələbili (Ağdaş) – birinci tam üstünlüklə qalib gəlib

İbrahim İsmayılov (Z-1) – Emin Kərimli (Biləsuvar) – birinci tam üstünlüklə qalib gəlib

Eldar Quliyev (“Neftçi” İK) – Vaqif Bəşirov (Şirvan) – ikinci döyüşə gəlməyib

Tural Useynov (“Səbail” İK) – Məhəmməd Yusifov (Balakən) – 4:1