Zamiq Əliyev Albaniya çempionu ilə 3 illik müqavilə bağlayıb

 Zamiq Əliyev Albaniya çempionu ilə 3 illik müqavilə bağlayıb

"Araz-Naxçıvan"dan ayrılan Zamiq Əliyev karyerasını Albaniyada davam etdirəcək.

Mediasport.az xəbər verir ki, 23 yaşlı mərkəz müdafiəçisi "Eqnatia" klubuna keçib.

Son Albaniya çempionu azərbaycanlı futbolçu ilə 2027-ci ilin yayına kimi nəzərdə tutulan müqavilə imzalayıb.