"Zirə"də növbəti ayrılıq - RƏSMİ
"Zirə" daha bir legionerlə yollarını ayırıb.
Mediasport.az xəbər verir ki, Rəşad Sadıqovun komandası 2022-ci ilin avqustunda heyətinə cəlb etdiyi Andriya Lukoviçlə vidalaşıb.
2 illik müqavilə imzalanmış serbiyalı yarımmüdafiəçi ilə anlaşmaya qarşılıqlı razılaşma əsasında xitam verilib.
29 yaşlı balkanlı ölkəmizə Portuqaliyanın “Belenenseş” klubundan gəlmişdi.
Qeyd edək ki, "qartallar" daha öncə ukraynalı hücumçu Vladislav Kulaçla vidalaşıblar.