Şinyaşiki ilə İsrafilovun məşqlərə başlayacağı tarix açıqlanıb
"Sumqayıt”la Azərbaycan kubokunun 1/4 final mərhələsinin cavab matçı çərçivəsində keçirilən qarşılaşmada zədələnən "Neftçi"nin futbolçusu Andre Şinyaşikinin durumuna aydınlıq gəlib.
Klubdan Mediasport.az saytına verilən məlumata görə, baldır əzələlərində gərilmə olan futbolçu 2 həftədən sonra məşqlərə qoşula biləcək.
Həmin matçdan əvvəl baş tutan məşq prosesində sıradan çıxan Eddi İsrafilov isə 1 həftə sonra komandaya qoşula biləcək.
Uzun müddətdir zədəli olan İvan Brkiç artıq fərdi hazırlaqlara start verib. Onun qısa müddətdən sonra komanda ilə məşqlərə qoşulması gözlənilir.