AFFA "Zirə" - "Neftçi" oyununda yaşanan dava ilə bağlı qərar verdi

AFFA "Zirə" - "Neftçi" oyununda yaşanan dava ilə bağlı qərar verdi

AFFA-nın İntizam Komitəsi U-16 Liqasında keçirilən "Zirə" - "Neftçi" oyununda baş verən qalmaqala hüquqi qiymət verib.

Mediasport.az xəbər verir ki, "Neftçi" məşqçisi İsmayıl Məmmədov hakimin qərarına kəskin etiraz etdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün 2 oyun cəzalandırılıb.

"Zirə" azarkeşləri tərəfindən ona fiziki təzyiq göstərildiyi üçün qəsəbə təmsilçisi növbəti 5 ev oyununu azarkeşsiz keçirəcək.

Uşaq və gənclər liqalarında pul cəzası olmasa da, müstəsna hal olaraq qəsəbə klubu 500 manat cərimələnib.