FOTO: Şabi Alonso "Qarabağ"ın futbolçusunu belə qarşılayıb

FOTO:  Şabi Alonso "Qarabağ"ın futbolçusunu belə qarşılayıb

"Qarabağ" UEFA Avropa Liqasının qrup mərhələsinin 3-cü turu çərçivəsində Almaniyada "Bayer"in qonağı olub.

Mediasport.az xəbər verir ki, Leverkuzen təmsilçisi və azarkeşlər Azərbaycan çempionunun 1:5 hesabı ilə məğlub olduğu qarşılaşmada "atlılar"ın bir futbolçusuna xüsusi diqqət göstəriblər.

Söhbət 2021-2023-cü illərdə "əczaçılar"ın ikinci qapıçısı olmuş Andrey Lunyovdan gedir.

Meydan sahiblərinin baş məşqçisi Şabi Alonso da almanların isti qarşıladığı 31 yaşlı qolkiperlə şəxsən görüşüb, ona uğurlar arzulayıb.