İdmançılarımız Sloveniyadakı DÇ-ni iki 2 medalla başa vurdular

  İdmançılarımız Sloveniyadakı DÇ-ni iki 2 medalla başa vurdular

Sloveniyanın Podçetrtek şəhərində savatın assault növü üzrə böyüklər arasında dünya çempionatı keçirilib.

Mediasport.az xəbər verir ki, Azərbaycan idmançıları yarışı 2 medalla başa vurublar.

Qadınların mübarizəsində Tutu İsmayılova (48 kq), kişilərdə isə Beyrək Bağırov (85 kq) bürünc medal qazanıb.