Azarkeşləri "Qarabağ" səfərində "Ayaks"ı arenadan dəstəkləyəcəklər

Azarkeşləri "Qarabağ" səfərində "Ayaks"ı arenadan dəstəkləyəcəklər

UEFA Avropa Liqasının əsas mərhələsinin 3-cü turu çərçivəsində Bakıda "Qarabağ"ın qonağı olacaq "Ayaks" ölkəmizdə dəstəksiz qalmayacaq.

Mediasport.az xəbər verir ki, noyabrın 24-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək matçda Niderland klubunun dəstək qrupu arenada yer alacaq.

Amsterdam təmsilçisi Bakıya 500-ə yaxın fanat ordusunu gətirəcək.

Görüş saat 20:45-də başlanacaq.