"Oyundan-oyuna, gündən-günə daha da inkişaf edəcəyik"

"Oyundan-oyuna, gündən-günə daha da inkişaf edəcəyik"

"Gəncə"nin baş məşqçisi Halil Atlı Azərbaycan Basketbol Liqasının 1-ci turunun "Lənkəran"la görüşündə qazandıqları qələbədən danışıb.

Mediasport.az xəbər verir ki, türkiyəli çalışdırıcı basketbolçularını təşəkkür edib:

"Mövsüm öncəsi yoxlama oyunlarında çatışmazlıqları görmüşdük. Zəif cəhətləri düzəldərək "Lənkəran"la oyuna hazırlaşmışdıq. Oyunçulara sərgilədikləri mübarizəyə görə təbriklərimi çatdırıram. Köməkçilərimə də təşəkkür edirəm. Səhvsiz çıxış etdik".

Halil Atlı komandada zədədən əziyyət çəkən oyunçunun adını açıqlayıb:

"Əsas oyunçularımızdan Cəbrayıl Əkbərov zədəlidir. O, bizim üçün önəmli oyunçudur. Oyundan-oyuna, gündən-günə daha da inkişaf edəcəyik".