"Zirə"nin UEFA Avropa Liqası matçının biletləri satışa çıxarılıb

"Zirə"nin UEFA Avropa Liqası matçının biletləri satışa çıxarılıb

Futbol üzrə UEFA Avropa Liqasının 1-ci təsnifat mərhələsi çərçivəsində keçiriləcək “Şerif” (Moldova) - “Zirə" qarşılaşmasının biletləri satışa çıxarılıb.

Mediasport.az xəbər verir ki, iyulun 11-də "Şerif" İdman Kompleksinin stadionunda baş tutacaq görüşün biletlərinin qiyməti 50-250 rubl (5-27 manat) aralığında təklif edilir.

Matç Bakı vaxtilə saat 21:00-da başlanacaq.

Komandalar arasında cavab oyunu bir həftə sonra “Liv Bona Dea Arena" olacaq və 20:00-da start götürəcək.