Azərbaycan Kubokunda II mərhələnin oyun cədvəli açıqlanıb

 Azərbaycan Kubokunda II mərhələnin oyun cədvəli açıqlanıb

Futbol üzrə Azərbaycan Kubokunda II təsnifat mərhələsinin oyun cədvəli müəyyənləşib.

Mediasport.az xəbər verir ki, bu raundun matçları noyabrın 28-29-da keçiriləcək.

I təsnifat mərhələsi səddini uğurla keçən II Liqa komandaları “Lerik”, “Kür-Araz” və “Şəfa” Əsasnamənin tələbinə əsasən, ya standartlara cavab verən stadion təmin etməli, ya da səfərdə oynamalı idilər. Adıçəkilən klublar Peşəkar Futbol Liqasına rəsmi şəkildə səfər komandası kimi oynamaqla bağlı bildiriş ünvanlayıblar.

Qərara əsasən, “Lerik” “Sumqayıt”ı, “Şəfa” “Səbail”i, “Kür-Araz” isə “Araz-Naxçıvan”ı rəqibin meydanında qəbul edəcək.


Azərbaycan Kuboku. II təsnifat mərhələsi


28 noyabr (çərşənbə axşamı)


13:30. “Karvan” – “Difai Ağsu”

Yevlax şəhər stadionu

13:30. “Araz Saatlı” – “İrəvan”

Saatlı Olimpiya İdman Kompleksinin stadionu

13:30. MOİK – “Cəbrayıl”

Binə qəsəbə stadionu

15:00. “Şəfa” – “Səbail”

“ASCO Arena”

17:00. “Turan Tovuz” – “Göygöl”

Tovuz şəhər stadionu


29 noyabr (çərşənbə)


13:30. “Şahdağ Qusar” – “Qaradağ Lökbatan”

Şamaxı Olimpiya İdman Kompleksinin stadionu

13:30. “Kəpəz” – “Baku Sportinq”

Tovuz şəhər stadionu

13:30. “Zaqatala” – “Şamaxı”

Zaqatala Olimpiya İdman Kompleksinin stadionu

13:30. “İmişli” – “Mingəçevir”

İmişli şəhər stadionu

15:00. “Kür-Araz” – “Araz-Naxçıvan”

“Dalğa Arena”

18:00. “Lerik” – “Sumqayıt”

“Kapital Bank Arena”