Azərbaycan Kubokunun qalibi 1-ci Liqanın autsayderində işləyəcək

 Azərbaycan Kubokunun qalibi 1-ci Liqanın autsayderində işləyəcək

Tarixə qovuşmuş "Bakı" və "Xəzər Lənkəran” klublarının keçmiş baş məşqçisi Cüneyt Biçərin yeni iş yeri müəyyənləşib.

49 yaşlı mütəxəssis köhnə klubu "Altay”a geri dönüb.

Sonuncu komandası Həvəskarlar Liqasında "Elazığspor” olmuş Biçərlə 1.5 illik müqavilə bağlanıb və onun qarşısına həmşəhərlilərini çempionatda saxlamaq tapşırığı qoyulub.

O, istefaya göndərilən Yusuf Şimşəyi əvəzləyib.

Qeyd edək ki, Cüneyt Biçər 2016/2017-ci illər mövsümündə bu komandanı 3-cü Liqadan 2-ci Liqaya çıxarıb.

Altay klubu liqada geridə qalan 20 turdan sonra 11 xalla 18 iştirakçı arasında 17-ci pillədə qərarlaşıb.

2010-cu ildə "Bakı", 2012-ci ildə "Xəzər-Lənkəran”ı çalışdırmış türkiyəli birincilərə Azərbaycan kubokunu qazandırıb.

Mediasport.az