Əliyar Ağayev və Elçin Məsiyev UEFA-nın seminarında

Əliyar Ağayev və Elçin Məsiyev UEFA-nın seminarında

FİFA referiləri Əliyar Ağayev və Elçin Məsiyev UEFA seminarında iştirak edəcəklər.

mediasport.az AFFA-ya istinadən xəbər verir ki, Ə.Ağayev sentyabrın 3-dən 6-dək İsveçrənin Cenevrə şəhərində UEFA-nın ən yaxşı hakimləri üçün 2023/24 yay kursunda iştirak edəcək.

E.Məsiyev isə 29-31 avqust tarixlərində UEFA-nın baş ofisində UEFA Talant və Mentor proqramı çərçivəsində təşkil ediləcək proqrama qatılacaq. Seminara Elit və Birinci dərəcəli hakimlər arasından seçilmiş referilər dəvət edilib.

Toplantının əsas məqsədləri bunlardır:

- UEFA-nın əvvəlki mövsümdəki oyunlarının təcrübəsini öyrənmək;

- Yeni mövsüm üçün əsas təlimatlarla tanış olmaq;

- İştirakçıların fiziki hazırlıq səviyyəsini yoxlamaq.