"Qarabağ"da oynayan hər bir futbolçu bu oyunların nə qədər vacib olduğunu dərk edir"

"Qarabağ"da oynayan hər bir futbolçu bu oyunların nə qədər vacib olduğunu dərk edir"

"Qarabağ"a uğurlar arzu edirəm. Mən ancaq qələbə gözləyirəm. İnşallah, Azərbaycan xalqını sevindirərlər".

Bunu Mediasport.az saytına açıqlamasında "Qarabağ"ın sabiq futolçusu Elvin Məmmədov deyib.

Ağdam klubunun UEFA Avropa Liqasının qrup mərhələsinin 5-ci turu çərçivəsində bu həftə "Molde" ilə keçirəcəyi səfər görüşü barədə fikirlərini bölüşən veteran futbolçu Qurban Qurbanovun komandasının qrupdan çıxacağına inanır:

"Mənim ümidim böyükdür. Nəticənin önəmi yoxdur. Yəni, qrupda 1-ci və ya 2-ci yer. Əsas odur ki, Ağdam təmsilçisi qrupdan çıxa bilsin. İnanıram ki, bacaracaqlar. "Qarabağ"da oynayan hər bir futbolçu bu oyunların nə qədər vacib olduğunu dərk edir. Ona görə heyətdə Julio Romaonu əvəz edəcək futbolçular var".

Qeyd edək ki, "Molde" - "Qarabağ" matçı noyabrın 30-dan dekabrın 1-nə keçən gecə Bakı vaxtilə saat 00:00-da start götürəcək.