"İnsanlarda qış idman növlərinə marağı artırmaq istəyirik"

  "İnsanlarda qış idman növlərinə marağı artırmaq istəyirik"

Qış İdman Növləri Federasiyasının və "Şahdağ" Turizm Mərkəzinin təşkilatçılığı ilə həvəskar xizəkçilər arasında "Heydər Əliyev Kuboku" turniri keçirilir.

Mediasport.az xəbər verir ki, "Şahdağ" Turizm Mərkəzinin sədri Rüstəm Nəcəfov yarışın açılış mərasimindən sonra açıqlama verib.

O, yarışın ikinci dəfə keçirildiyini diqqətə çatdırıb:

"Yarış bu həftə dağ xizəyi üzrə olacaq. Növbəti həftələrdə snoubord növü üzrə və uşaqlar arasında keçiriləcək. Məqsədimiz "Şahdağ" Turizm Mərkəzini tanıtmaq və yerli insanlarda qış idman növlərinə marağı artırmaqdır".