Klopp "Liverpul"da 400-ə çatdı
Çempionlar Liqasının qrup mərhələsinin 6-cı turunun "Napoli" ilə görüşü (2:0) "Liverpul"un baş məşqçisi Yurgen Klopp üçün əlamətdar sayılıb.
mediasport.az xəbər verir ki, meydan sahiblərinin qələbəsilə bitən matç 55 yaşlı mütəxəssisin İngiltərə klubunun "sükanı" arxasında 400-cü oyunu olub.
2015-ci ildən "qırmızılar"ı çalışdıran Klopp klub tarixinə bu göstəriciyə çatmış 4-cü məşqçi kimi düşüb. Tom Uotson, Bill Şenkli və Bob Peysli də "Liverpul"u azı 400 dəfə baş məşqçi kimi meydana çıxarıb.