Milli komandamızın keçmiş futbolçusu 3-cü liqa klubunda

Milli komandamızın keçmiş futbolçusu 3-cü liqa klubunda

Azərbaycan yığma komandasının keçmiş futbolçusu Dmitri Nazarovun yeni klubu müəyyənləşib.

MediaSport.az xəbər verir ki, 33 yaşlı yarımmüdafiəçi karyerasını Almaniyanın 3-cü liqasında davam etdirəcək.

“Erzgebirge”dən ayrılan Nazarov Regional Liqada mübarizə aparan “Kikkers Offenbax”la müqavilə imzalayıb.

Hücumameylli yarımmüdafiəçi millimizin heyətində 2014-2022-ci illər aralığında 45 oyun keçirib, 7 qol vurub.