Millimizin üzvü aza qane deyil

OzanCan

Millimizin üzvü aza qane deyil

Niderlandda "Eyndhoven"in formasını geyinən Ozan Can Kökçü 8-ci turun "Roda" ilə görüşündən (3:3) sonra komandasının çıxışlarının irəliləyən istiqamətdə olduğunu qeyd edib.

 

Millimizin futbolçusu bu barədə "instaqram" hesabında paylaşıb.

 

MediaSport.az xəbər verir ki, Eyndhoven klubunun oyunda üçüncü qolunu vuran 24 yaşlı vinger daha çox qal qazanmaq istədiklərini deyib:

 

"Bir xal bizim üçün yetərli deyil, daha çoxunu istəyirdik. İrəliləməyə davam edirik. İndi isə beynəlxalq oyunlar üçün fasilədir".

Ozan Can Azərbayca millisinin Millətlər Liqasında Slovakiya və Belarusla oyunları üçün heyətə dəvət alıb.

 

Futbolçu bu mövsüm "Eyndhoven"in heyətində 7 dəfə meydana çıxıb, 4 qol vurub.