Ravin Alməmmədov Moldovada 3 qızıl medal qazandı - Avropa çempionatı

Ravin Alməmmədov Moldovada 3 qızıl medal qazandı - Avropa çempionatı

Azərbaycan daha bir ağırlıqqaldıranı Moldovanın paytaxtı Kişinyovda keçirilən yeniyetmələr arasında Avropa çempionatında uğurla çıxış edib.

MediaSport.az xəbər verir ki, 73 kq çəki dərəcəsində mübarizə aparan Ravin Alməmmədov 3 qızıl medal qazanıb.

Təmsilçimiz yaşı 17-yə qədər olan oğlanların yarışında birdən qaldırma hərəkətində 137 kq-ı ram edərək 1-ci yeri tutub.

Təkanla qaldırmada 162 kq-ı başı üzərinə qaldıran "Göyəzən" Ağır Atletika Klubunun təmsilçisi eyni uğuru təkrarlayıb.

Toplam 299 kq (137+162) nəticə göstərən atlet yekun sıralamada fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Qeyd edək ki, daha əvvəl Amin Osmanov (55 kq) qızıl medal qazanıb, Turan Əliyev (67 kq) və Yunis Bayramov (67 kq) isə Avropa üçüncüsü adını təmin edib.