"Sabah"dan "transfer BOMBA"sı: Avropa çempionu olmuş 2 milyonluq futbolçu! - EKSKLÜZİV

"Sabah"dan "transfer BOMBA"sı: Avropa çempionu olmuş 2 milyonluq futbolçu! - EKSKLÜZİV

Tarixində ilk dəfə avrokuboklarda iştirak edəcək "Sabah" "transfer bomba"sını partlatmağa hazırlaşır.

MediaSport.az saytına verilən məlumata görə, Masazır təmsilçisi transfer dəyəri 2 milyon avro olan, U-17-lər arasında 2012-ci ildə Niderland yığması ilə Avropa çempionu adını qazanmış müdafiəçi Sendi Henni Uolşla razılaşıb. Qeyri-adi hadisə baş verməsə, tərəflər rəsmi müqaviləyə imza atacaqlar.

2020-ci ildən Belçika Yüksək Liqasında "Mexelen"in formasını geyinən futbolçunun alınmasını şəxsən baş məşqçi Murad Musayev istəyib. Uolşun klubu ilə müqaviləsi 2025-ci ilin yayına qədərdir.

Məlumata əsasən, Bakı klubu keçid üçün qarşı tərəfə 800 min avro ödəyəcək.

28 yaşlı niderlandlı "Anderlext"in yetirməsidir. O, "narıncılar"ın U-15, U-16, U-17, U-18, U-19 və U-20 milli komandalarında çıxış edib. 2014-cü ildən anasının vətəni - İndoneziyanın pasportunu alıb, əsas yığmanın üzvüdür. Atası isə irlandiyalıdır.

2012/2017-ci illərdə "Genk", 2017/2020-ci illərdə isə "Sulte Varegem"də oynayıb.