Şahdağda keçirilən Heydər Əliyev Kubokuna yekun vurulub

Şahdağda keçirilən Heydər Əliyev Kubokuna yekun vurulub

"Şahdağ" Turizm Mərkəzində keçirilən həvəskar xizəkçilər arasında "Heydər Əliyev Kuboku" turnirinə yekun vurulub.

Mediasport.az xəbər verir ki, fərdi şəkildə 60-a yaxın həvəskar idmançı xizək yarışının “Slalom Gigant” növü üzrə birincilik uğrunda mübarizə aparıblar.

Qaliblərə “Şahdağ” Turizm Mərkəzi və Qış İdman Növləri Federasiyası tərəfindən medallar və diplomlarla təltif olunublar.


Kişilər


18-25 yaş kateqoriyası

1. Ramiz Ağayev

2. Cəmil Qarayev

3. Arif Aşurbəyov

26-45 yaş kateqoriyası

1. Rəşad Mədətov

2. Amir Abdullayev

3. Emin Rəsulov

46 və yuxarı yaş kateqoriyası

1. Nikolay Podbereznikov

2. Sergey Zaridov

3. Sveren Vlodemir


Qadınlar


26-45 yaş kateqoriyası

1. Anna Vəliyeva

2. Günay Abdullayeva

46 və yuxarı yaş kateqoriyasında

1. Mona Krems