"Turan Tovuz"un bombardiri Bolqarıstan klubuna keçdi - RƏSMİ
Mövsüm başa çatdıqdan sonra "Turan Tovuz"dan ayrılan Runi Evanın yeni klubu müəyyənləşib.
MediaSport.az xəbər verir ki, kamerunlu hücumçu karyerasını Bolqarıstanda davam etdirəcək.
27 yaşlı forvard "MOİK 1948" komandası ilə 1+1 illik müqavilə bağlayıb.
Qeyd edək ki, Eva ötən mövsüm 16 qolla Tovuz klubunun bombaridiri olub.