Xankəndi şəhər stadionunda təmir-bərpa işlərinə start verilib - VİDEO

 Xankəndi şəhər stadionunda təmir-bərpa işlərinə start verilib - VİDEO

Azərbaycan Ordusunun sentyabrın 19-dan 20-dək həyata keçirdiyi lokal antiterror tədbirlərindən sonra işğaldan azad olunmuş Xankəndi şəhərindəki mərkəzi futbol stadionunda təmir-bərpa işlərinə start verilib.

Mediasport.az xəbər verir ki, ilk olaraq separatçıların qondarma “bayrağının” rəngində olan oturacaqların söküntüsü həyata keçirilib.

15 min azarkeş tutumuna malik arenada aparılan yeniləşmə işlərini əks etdirən videogörüntülər internet resurslarında yayılıb.

Qeyd edək ki, "Qarabağ" klubunun rəhbərliyi bu yaxınlarda Xankəndinə yollanaraq stadiona baş çəkib, buranın vəziyyəti ilə yaxından tanış olub.

Mətbuatda Ağdam təmsilçisinin cari mövsüm bir neçə oyununu Xankəndi şəhər stadionunda keçirəcəyi ilə bağlı məlumatlar dolaşır.