Azərbaycan Kuboku rəqəmlərdə
Gələn həftə Azərbaycan Kubokunda 1/4 finala start veriləcək.
mediasport.az xəbər verir ki, həm ilk, həm cavab görüşləri iki günü əhatə edəcək
Peşəkar Futbol Liqası üz-üzə gələcək cütlərin ölkə kuboku tarixindəki əvvəlki oyunlarının balansını təqdim edib.
Azərbaycan Kuboku. 1/4 final
8 dekabr (cümə axşamı)
“Zirə” – “Neftçi” – 8 oyun, +3=3-2 top fərqi 4-6
Əvvəlki dörd dueldə komandalar hərəyə 2 dəfə mərhələ adlayıb. Son iki mövsümdəki 4 matçda qol buraxmayan “Zirə” tur keçib.
2016/17 1/4 final Zirə (Bakı) - Neftçi (Bakı) 0:3, 2:1
2017/18 1/4 final Zirə (Bakı) - Neftçi (Bakı) 1:0, 0:2
2020/21 1/4 final Neftçi (Bakı) - Zirə (Bakı) 0:1, 0:0
2021/22 1/2 final Zirə (Bakı) - Neftçi (Bakı) 0:0, 0:0, p.4:2
“Qarabağ” – “Qəbələ” – 13 oyun, +6=5-2 top fərqi 22-9
Komandaların yolları indiyədək 7 dəfə kəsişib. 5 dəfə “Qarabağ”, 2 dəfə “Qəbələ” dueldən qalib ayrılıb. Son 5 matçda ağdamlılar qələbə qazanıb.
2011/12 1/4 final Qəbələ - Qarabağ (Ağdam) 2:2, 0:0
2012/13 1/4 final Qəbələ - Qarabağ (Ağdam) 1:1, 0:0
2013/14 1/4 final Qəbələ - Qarabağ (Ağdam) 0:0, 2:1
2016/17 final Qarabağ (Ağdam) - Qəbələ 2:0
2018/19 1/2 final Qəbələ - Qarabağ (Ağdam) 1:0, 1:2
2020/21 1/4 final Qarabağ (Ağdam) - Qəbələ 3:1, 3:0
2021/22 1/2 final Qəbələ - Qarabağ (Ağdam) 1:3, 0:5
9 dekabr (cümə)
“Kəpəz” – “Turan Tovuz” – indiyədək qarşılaşmayıblar
“Səbail” – “Sabah – indiyədək qarşılaşmayıblar