Heydər Əliyev Mərkəzində klassik avtomobillər nümayiş olunur

Heydər Əliyev Mərkəzində klassik avtomobillər nümayiş olunur

Bakıda keçiriləcək FİA həftəsində Heydər Əliyev Mərkəzinin foyesində cəlbedici görünüşü, öz dövrünə görə unikal texniki göstəriciləri ilə fərqlənən avtomobillər sərgilənir.

Mediasport.az xəbər verir ki, Azərbaycan Avtomobil Federasiyası tərəfindən təşkil olunan nümayişdə klassik və idman avtomobilləri nümayiş etdirilir.

Bunlar “Lamborghini Huracan Sterrato”, “Legends Car” (Ford Coupe 34), “Ferrari SF90 Stradale”, “The Model T Ford Snowmobile”, “Auburn Speedster 866”, “Cadillac Model M”, “Packard 645 Dual Cowl Phaeton”, “Volkicar” avtomobilləridir.