"İkimiz də ata olmağa hazırlaşırıq...Ona çox əsəbləşdim"

"İkimiz də ata olmağa hazırlaşırıq...Ona çox əsəbləşdim"

"Qarabağ”ın portuqaliyalı legioneri Leandro Andrade "Olimpiya" ilə oyundan sonra Mediasport.az saytına müsahibə verib.


Müsahibəyə gec gəldin, "Qarabağ"a qol vuran həmyerlin Koşta Pintu ilə belə maraqlı nə söhbət edirdin, sirr deyilsə?

- İradınızda haqlısız, Pintu ilə “Sportinq”in aşağı yaş qruplarında birlikdə çıxış etmişik. Uşaqlığımız bir yerdə keçib, zaman çox sürətlə keçir. İndi ayrı-ayrı klublarda oynayırıq, ikimiz də ata olmağa hazırlaşırıq. Həyatımızın necə dəyişdiyi barədə danışdıq.

Təsadüfən, ona "Qarabağ"da çıxış etməyi təklif etmədin?..

- Xeyr. Tam əksinə, bizə qol vurduğu üçün ona çox əsəbiləşdim. (Gülür)

Ardıcıl 10-cu mövsüm qruplarda oynayacaqsız, təəssüratların necədir?

- İlk növbədə bu şərəfli tarixə töhfə verdiyim üçün çox xoşbəxtəm. "Qarabağ"ın tarixinin daha şanlı olması üçün əlimdə olan imkanlardan istifadə edəcəm.

İspaniya La Liqasında idarəçilk edən hakim penalti epizoduna dərhal reaksiya vermədi. Aşkar qayda pozuntusunu hətta biz jurnalistlər media tribunasından gördük. Hakimin VAR-dan sonra qərar verməsinə təəccübləndin?

- Epizodda mənə qarşı müdaxilə var idi. Belə epizodlarda penalti verilir. Amma hakimin qərarına təəccüblənmədim. Çünki hadisələr çox sürətli şəkildə cərəyan edirdi. Hakimin həmin epizodu gözdən qaçırması, VAR-a müraciət etməsi normal idi.

Qrup mərhələsində hansı rəqiblə qarşılaşmaq istərdin?

- "Liverpul"la, İngiltərə Premyera Liqası komandası ilə qarşılaşmaq xoş olardı. Burda qeyri-adi heç bir şey yoxdur. Bunu arzulayıram. Təbii ki, digər tərəfdən Portuqaliya komandası ilə oynamaq istərdim.

Ölkə çempionatına maksimum nəticə ilə başalaya bilməmisiz, "Zirə" liderdir. Vəziyyəti düzəldə biləcəksiz?

- Dəyərlərimizə, özümüzə inanmalıyıq. Çempionatda "Zirə"yə qarşı 3 oyunumuz var. Hər şey özümüzdən asılıdır. İndiyə qədər itirdiyimiz xalları, etdiyimiz səhvləri təhlil edəcəyik. Yenidən liderliyi əldə etmək bizdən asılıdır. Bu, son deyil.

Elvin