"Kəpəz"in futbolçusu mövsümü vaxtından əvvəl başa vurdu - FOTO

"Kəpəz"in futbolçusu mövsümü vaxtından əvvəl başa vurdu - FOTO

"Kəpəz"ə ötən ilin yayında "Sumqayıt"dan gələn Yusif Nəbiyev üçün mövsüm artıq başa çatıb.

mediasport.az xəbər verir ki, Gəncə klubunun kapitanı damar genişlənməsindən əməliyyat olunub.

26 yaşlı müdafiəçi bu səbəbdən Premyer Liqanın son turu çərçivəsində yetirməsi olduğu "Qəbələ" ilə görüşü kənardan izləyəcək. Onun təxminən 2 həftədən sonra məşqləri bərpa edəcəyi gözlənilir.