"Qarabağ"ın futbolçuları "Park Bulvar"da azarkeşlərlə görüşəcək

"Qarabağ"ın futbolçuları "Park Bulvar"da azarkeşlərlə görüşəcək

“Qarabağ” futbolçuları iyulun 4-də azarkeşləri ilə görüşəcək.

Mediasport.az xəbər verir ki, azarkeşlərlə görüş "Park Bulvar"da olacaq.

Tədbir klubun fan-şopunda saat 18:30-dan 20:30-dək davam edəcək.

Azarkeşlərin Bəhlul Mustafazadə, Abdulla Zubir, Musa Qurbanlı, Olavio Juninyo və Kevin Medina ilə görüşmək, şəkil çəkdirmək və imza almaq arzusu reallaşacaq.