PFL-in bu hakimləri sonradan mükafatlandırmasının səbəbi bilindi

PFL-in bu hakimləri sonradan mükafatlandırmasının səbəbi bilindi

"Neftçi" və "Qəbələ" komandaları arasında keçirilmiş futbol üzrə Azərbaycan Kubokunun final oyununun VAR hakimi Əliyar Ağayevlə köməkçisi Akif Əmirəli mükafatlandırılıb.

mediasport.az xəbər verir ki, onlara mükafatı qurumun prezidenti Elxan Səmədov təqdim edib.

FİFA hakimləri final vaxtı Bakı Olimpiya Stadionunda fəaliyyət göstərdiklərinə görə görüş başa çatandan sonra keçirilən mükafatlandırılma mərasiminə qatıla bilməyiblər.

Finalda "Neftçi"yə 1:0 hesabı ilə qalib gələn "Qəbələ" tarixində 2-ci dəfə ölkə kubokunu qazanıb.