"Qəbələ"dən ayrıldı, Avropa Liqasında "Zirə"yə qarşı oynayacaq

 "Qəbələ"dən ayrıldı, Avropa Liqasında "Zirə"yə qarşı oynayacaq

UEFA Avropa Liqasının 1-ci təsnifat mərhələsində "Zirə" ilə qarşılaşacaq Moldovanın "Şerif" klubu heyətini gücləndirib.

Mediasport.az xəbər verir ki, Tiraspol təmsilçisi mövsümün sonunda "Qəbələ"dən ayrılan Əyyub Allaşı transfer edib.

Mərakeşli yarımmüdafiəçi ilə imzalanan müqavilənin detalları açıqlanmayıb.

Allaş Premyer Liqadan düşən Azərbaycan klubuna 2023-cü ilin yanvar ayında gəlmişdi.

Xatırladaq ki, “Zirə” və “Şerif” oyunları iyulun 11-də və 18-də keçiriləcək.