Qarabağ qazisi İsveçrədə "gümüş" qazanıb DÇ-yə vəsiqəni təmin etdi

Qarabağ qazisi İsveçrədə "gümüş" qazanıb DÇ-yə vəsiqəni təmin etdi

Atletika üzrə paralimpiya yığmamızın üzvü Ömər Bozbaxov İsveçrənin Notvil şəhərində keçirilən Qran-pridə uğurla çıxış edib.

mediasport.az xəbər verir ki, ikinci Qarabağ savaşının qazisi nüvə itələmədə 11.96 metr nəticə göstərərək 2-ci yerə sahib çıxıb.

Bununla idmançımız iyul ayında Fransanın paytaxtı Paris şəhərində keçiriləcək atletika üzrə dünya çempionatına lisenziya qazanıb.

Daha əvvəl yığmanın digər üzvü, Qarabağ qazisi Rasim Yaxin də dünya çempionatında iştirakını təmin edib.